Kanada vətəndaşı Qriqori Tsexmistrenko xarici legionun hərbi həkimi qismində gəldiyi Ukraynada öldürülüb.
Tribuna.az xəbər verir ki, bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.
Öldürülən şəxslə bağlı başqa heç bir məlumat yoxdur. Hətta onun neşə yaşının olduğu da bilinmir. Üç il əvvəl Kanada vətəndaşlığı alan Q.Tsexmistrenko bir müddət Ukraynada yaşayıb. Onunla haqqında bilinənlər bu qədərdir.
Məlumata görə, həkim Baxmut yaxınlığında həlak olub. Bununla da Ukraynada döyüşlər ərzində öldürülən kanadalıların sayı 3-ə çatıb.
Bildirək ki, Q.Tsexmistrenkonun ölümü ilə bağlı Kanada Xarici İşlər Nazirliyinin nümayəndəsi hadisəyə dair şərh verməkdən imtina edib.
Tribuna.az









