Kamboca kralında xərçəng aşkarlandı

Kamboca kralında xərçəng aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamboca kralı Norodom Sihamonidə prostat xərçəngi aşkarlanıb. 

 Tribuna.az  xəbər verir ki, bu barədə kral özü məlumat yayıb.

72 yaşlı Norodom Sihamoninin sözlərinə görə, o, diaqnoz qoyulduğu Çində müalicə alacaq. O və anası Kraliça Norodom Moninet fevralın sonlarında müntəzəm müayinələr üçün Pekinə gediblər.

Monarx xərçənginin mərhələsini açıqlamayıb.

Siamoninin atası Kral Norodom Sihanouka da 1993-cü ildə prostat xərçəngi diaqnozu qoyulub. Müalicədən sonra o, 2012-ci ilə qədər yaşayıb.