Kalininqradın “Xrabrovo” aeroportunda 28 reys təxirə salınıb, daha iki reys isə ləğv edilib.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat hava limanının onlayn cədvəlində yer alıb.
Cədvəl dəyişiklikləri Sankt-Peterburq, Moskva və əks istiqamətdə, eləcə də İjevsk, Kirov, İvanovo, Kazan, Yekaterinburq, Novosibirsk və Perm şəhərlərindən olan reyslərə təsir edib.









