Kadırov İrana görə döyüşməkdən imtina etdi

Kadırov İrana görə döyüşməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, çeçen hərbi bölmələrinin İranı dəstəkləmək üçün mümkün göndərilməsi ilə bağlı yayılan məlumatlar artıq аktuallığını itirib.

Tribuna.az xəbər verir ki, onun sözlərinə görə, belə bir addım yalnız İranın təkcə ABŞ və İsraillə müharibə apardığı halda məntiqli ola bilərdi. Lakin hazırkı vəziyyətdə hücumların digər ölkələri də əhatə etdiyini vurğulayıb.

Kadırov qeyd edib ki, İrana dəstək verir, lakin Fars körfəzi ölkələrində mülki obyektlərə və infrastrukturun vurulmasına qarşıdır. O, həmçinin BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı liderləri ilə “qardaşlıq münasibətlərinə” malik olduğunu bildirib və üçüncü ölkələrdə mülki şəxslər arasında itkilərə görə təəssüfünü ifadə edib.

İmran Kərimov