JURNALİST CNNTÜRK-DƏN İSTEFA VERDİ

JURNALİST CNNTÜRK-DƏN İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Cem Seymen CNN Türk-dən istefa verdiyini açıqlayıb. Zəlzələ ilə bağlı tənqidlərə görə istefa verməsinin istəndiyini deyən Seymen “Kanalın bu məsələyə münasibəti bəllidir” deyib.

Tribuna.az “GazeteDuvar”a istinadən xəbər verir ki, fevralın 6-da baş verən zəlzələdən sonra tənqidi paylaşımlarına görə kanal tərəfindən istefa tələb edildiyini deyən Seymen, “Zəlzələnin ilk günündən bəri mövqeyim bəllidir, məncə bunu paylaşımlarımdan görmək olar. CNN-in də bu mövzuda mövqeyi bəllidir. İstefamı istədilər, mən də verdim” deyib.