İtaliyanın daxili işlər naziri özü şəxsən ekskvatorun sükanı arxasına əyləşərək, mafioz klanın villasını yerlə yeksan edib.
Avropa.info xəbər verir ki, İtaliyanın daxili işlər naziri Matteo Salvini başına kaska geyinərək, özü şəxsən ekskvatorun sükanı arxasına əyləşərək Romada mafioz klanın villasını söküb.
Nazir kriminal qurumların qeyri-qanuni tikililərini yerlə yeksan edəcəyini bəyan edib.
Verilən xəbərə görə, nazirin sökdüyü villa nüfuzlu qanster mafioz klanlardan birinə məxsus olub.
Ötən həftə polis səkkiz cinayətkar dəstənin dəbdəbəli mülkü konfiksasiya edib. Konfiksasiya edilən villalardan narkotik, pul və qiymətli əşyalar götürülüb.









