İtaliyada hökumət son vaxtlar qeyri-qanuni miqrantların artması səbəbindən ölkə daxilində 6 aylıq fövqəladə vəziyyət elan edib.
Tribuna.az Haber Global-a istinadən xəbər verir ki, Aralıq dənizini keçərək İtaliyaya gələn qeyri-qanuni miqrantların sayının sürətlə artması baş nazir Giorgia Meloni başda olmaqla sağçı koalisiya hökumətini yeni addımlar atmağa vadar edib.
Baş nazir Meloni, kabinet iclasından sonra verdiyi yazılı açıqlamada, “Mühacir axınının idarə edilməsinin daha təsirli və vaxtında cavab verə bilməsi üçün immiqrasiya ilə bağlı fövqəladə vəziyyət tətbiq etdik” deyib.
Nazirlər Kabinetindən sonra Baş nazirlik tərəfindən edilən yazılı açıqlamada İtaliyaya immiqrasiya axınının sıxlığı və ilk qəbul mərkəzlərindəki sıxlıq, sığınacaq şərtlərinə cavab verməyənlərin geri qaytarılması ilə bağlı məlumatlar araşdırılıb.
Ölkədə qeyri-qanuni miqrasiya axınlarının idarə olunması üçün fövqəladə vəziyyətin 6 ay davam edəcəyi və fövqəladə hallar üçün 5 milyon avro vəsait ayrıldığı bildirilib.
Eyni zamanda, Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti ilin əvvəlində fərman qanunu olaraq çıxardığı başqa bir nizamnamə ilə dənizdə xilasetmə əməliyyatları həyata keçirən Avropa mərkəzli qeyri-hökumət təşkilatlarına aid gəmilərin fəaliyyətini məhdudlaşdırıb.









