İtalidizayn ” QSC “Casaima” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, mülkiyyət hüququ ilə əlaqədar mübahisələr üzrə qaldırılıb.
İşə Ali Məhkəmədə baxılır. İddia hakim Bəhram Məmmədlinin sədrliyi ilə araşdırılacaq.
“İtalidizayn” şirkəti 1996-cı ildə fəaliyyətə başlayıb.
Xatırladaq ki bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən “Casamia” mağazalar şəbəkəsi barəsində də məhkəmə iddiası qaldırılmışdır.
Tribuna.az xəbər verir ki, şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinib.
Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, “Casamia” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Nərimanov Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.









