Tribuna.az-ın məlumatına görə, informasiya texnologiyaları üzrə mütəxəssis Rəşad İbrahimov Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti haqqında danışarkən çatışmazlıqların olduğunu vurğulayıb.
“ABB Karta limit təyin olunduqda yenidən limiti ləğv etmək üçün filiala yaxınlaşmaq məsələsin az çox başa düşmək olar Qəbul etmək olar ki, proda çıxmamış test necə aparılıbsa, indi xətalar olur. Amma kart hesabından çıxarış (tarixçə) pdf formatında əldə etmək üçün APP-a bir düymə əlavə etmək əvəzinə banka yaxınlaşaraq bunu əldə etmək sizcə də texnologiyanın inkişafını ikiəlli tutub saxlamaq deyilmi?”, – mütəxəssis qeyd edib.









