İSVEÇLƏR QURANIN YANDIRILMASINA ETİRAZ OLARAQ QURANI ÖPDÜLƏR… – FOTO

İSVEÇLƏR QURANIN YANDIRILMASINA ETİRAZ OLARAQ QURANI ÖPDÜLƏR… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsveç Quranın təhqir edilməsinə göz yumduqca bu dövlətin Alyansa üzvlüyünə icazə verilməyəcək” sözlərindən sonra İsveçdə “Quranı öp” kampaniyası başladılıb.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı siyası şərhçi Yeganə Hacıyeva paylaşıb. O bildirib ki, Türkiyə dövlətinin cavabı isveçləri ayıldıb:

“Dünən bir isveçli qadın Paludanın Quranı yandırmasına etiraz olaraq Quranı öpüb və diğərlərini də bunu etməyə çağırıb.
Rasmus Poludan kimi “pultu” qonşu dövlətlərin kəşfiyyatların əlində olan populist “siyasətçilərin” dövlətə, cəmiyyətə faydası ancaq bu qədərdir”.

Xatırladaq ki, Türkiyənin İsveçin paytaxtındakı səfirliyi qarşısında sağçı ekstremist “Hard Course” partiyasının lideri, ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan şəhər meriyasının icazəsi və polisin müşaəti ilə “Quran”ın açıq şəkildə yandırılması aksiyası keçirmişdi.