Türkiyənin İsveçdəki səfirliyi qarşısında Qurani-Kərimin yandırılması və PKK tərəfdarlarının Türkiyə əleyhinə nümayişindən sonra Taksimdəki İsveç Konsulluğu qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, narazı kütlə tez-tez qruplar halında konsulluq qarşısında etiraz aksiyası keçirir.
Həmçinin Stokholmda Qurani-Kərimin yandırılması ilə əlaqədar İstiqlal küçəsindəki İsveç Konsulluğu qarşısında toplaşan vətəndaşlar təkbir və şüarlar səsləndirərək tədbirə etiraz ediblər.
Konsulluq işçiləri isə pəncərələrə ürəklər çəkilmiş kağızlar yapışdırıblar. Konsulluq işçilərinin pəncərəyə yapışdırdığı bir başqa vərəqdə isə “Kitab yandıran axmağın fikirlərini bölüşmürük” sözləri yazılıb.









