İstanbulda risk altında olduğu bildirilən 93 məktəb üçün evakuasiya qərarı verilib.
Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən 93 məktəb və təhsil müəssisəsinin şagirdlərinin təhlükəsiz məktəblərə köçürülməsinə başlanılıb.
Bunlardan biri də Küçükçekmece Kanarya Orta məktəbi idi. 1700 şagird başqa məktəblərə köçürülüb.









