Türkiyənin İstanbul şəhərinin Fikirtəpə qəsəbəsindəki hündürmərtəbəli yaşayış binasında baş verən güclü yanğın söndürülüb.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Kadıköy səmtində 24 mərtəbəli yaşayış evinin aşağı mərtəbələrində başlayan yanğın binanın üst mərtəbəsinə çatıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib və yanğın söndürülüb.
Hazırda araşdırmalar davam edir.









