Tehranda və İranın digər böyük şəhərlərində İsrailin “məhv edilməsinə” qalan vaxtı göstərən saatlar xarab olub.
Tribuna.az xəbər verir ki, bu barədə jurnalist Fərahim İlqaroğlu paylaşım edib. O bildirib ki, İsraili məhv etməklə hədələyən İranda sözügedən saatlar elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən işləmir:
“Bir neçə il əvvəl İranın terrorçu molla rejimi Tehran və digər böyük şəhərlərdə İsrailin “məhv edilməsinə” qalan vaxtı göstərən saat lövhə quraşdırmışdı. Son günlər elektrik enerjisinin tez-tez kəsilməsi ilə həmin saatlar sıradan çıxıb. Mollalar nüvə silahı yaratmaq əvəzinə, bərpa olunan enerjinin inkişafına diqqət yetirsəydilər, özlərini də belə biabır etməzdilər”.









