İsrailin Livana hava hücumları: 17 ölü

İsrailin Livana hava hücumları: 17 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Livanın cənub və Beyrut bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində 17 nəfər həlak olub, onlarla insan yaralanıb.

Tribuna.az xəbər verir ki, Livanın rəsmi mənbələri hücumların Əl-Ənsariyə, Kana, Hinnaviyə və digər yaşayış məntəqələrini hədəf aldığını bildirir.

Paralel olaraq Hizbullah İsrail ərazilərinə cavab olaraq 26 hücum həyata keçirdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyi ölkədə 2 martdan bəri həyata keçirilən hücumlarda ümumi ölüm sayının 570-ə çatdığını bəyan edib.

Sənan Məmmədli