İsraildə ölənlərin sayı artdı

İsraildə ölənlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu İranın zərbələri nəticəsində ölən və yaralananların sayını açıqlayıb.

 Tribuna.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, İrandan hər gün fasilələrlə raket hücumları həyata keçirilir. Eyni zamanda, “Hizbullah”ın Livan ərazisindən tank əleyhinə və qısa mənzilli raketlərlə hücumlara qoşulduğu qeyd olunub.

Məlumata əsasən, İranın cavab hücumları nəticəsində ölkədə 12 nəfər həlak olub, 200 nəfər yaralanıb və onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Sənan Məmmədli