İsrail ordusunun “Qolani briqadası”nın onlarla əsgərinin şirkət komandirinin işdən çıxarılmasına etiraz olaraq silahlarını yerə qoyaraq bazalarını tərk etdiyi bildirilib.
Tribuna.az HaberTürk-ə istinadən xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzetindəki xəbərdə sözügedən əsgərlərin Ramallahın qərbində, işğal altındakı İordan çayının qərb sahilindəki “Tzeelim” hərbi bazasına yerləşdirildiyi bildirilib.
Qeyd olunub ki, Qolani Briqadasında olan onlarla əsgər təlim zamanı “Tavor” tipli silahlarını hərbi bazada qoyub, şirkət komandirinin işdən çıxarılmasına etiraz olaraq bazanı tərk edib.
Qəzetin xəbərində o da bildirilib ki, briqada komandiri Yiftah Norkinin əsgərlərlə görüşüb komandirləri ilə bağlı qərarı izah etmək və onları düşərgəyə qayıtmağa razı salıb.
İşdən çıxarılan İsrail komandirinin adı açıqlanmasa da, bazanı tərk edən hərbçilərin sayı ilə bağlı məlumat paylaşılmayıb.
İsrail ordusunun Tviter hesabından edilən şərhdə, baş verənlərin ordunun dəyərlərinə uyğun gəlməyən ciddi bir hadisə olduğu qiymətləndirilib.
Bildirilib ki, hadisə ilə bağlı istintaq və təhqiqat davam etdirilir.
İsrail Ordusu Qolani briqadasının komandirinin konkret bir hadisəyə görə deyil, vəzifəsini yerinə yetirməsindəki “uyğunsuzluğa” görə vəzifəsindən azad edildiyini açıqlayıb.









