İSRAİL VƏ PAKİSTANDAKI HADİSƏLƏR TÜRKİYƏDƏ DƏ TƏKRARLANA BİLƏR…

İSRAİL VƏ PAKİSTANDAKI HADİSƏLƏR TÜRKİYƏDƏ DƏ TƏKRARLANA BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni vaxt kəsiyində, eyni ssenari ilə iki sinxron terror əmaliyyatı baş verdi. İsraildə də, Pakistanda da, çox oxşar əməliyyat reallaşdırıldı. Start Qüdsdən başladı, sinaqoqdan çıxan 8 polis qapı ağzındaca gülələndi. İkinci partlayış Pakistanı silkələdi. Məsciddə həlak olan 100 nəfərdən 97-si polisdi.

Tribuna.az-ın məlumatına görə, baş vermiş hadisələrlə bağlı danışan publisist, teleaparıcı Həmid Herisçi bildirib ki, hər iki hadisənin ssenari müəllifi çox amansızdı:

“Hər iki fərqli cinayətdə, dəstixətt eynidi. Cani, nə müsəlman hərləyir, nə yəhudi. Polislərə növbəti hücum Türkiyədə də, digər bölgələrdə də təkrarlana bilər. Silsilə qətillər, silsilə qatillər, xatırladıram, kriminalistikada ən ağır canilərdən sayılır”

Tribuna.az