İSRAİL İRANI VURSA… AZƏRBAYCAN GÜNEYDƏ HƏRƏKAT BAŞLADACAQ ?

İSRAİL İRANI VURSA… AZƏRBAYCAN GÜNEYDƏ HƏRƏKAT BAŞLADACAQ ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda İranın xaricində mövcud teokratik rejimə iki müxalif qrup – Şah tərəfdarları və Respublikaçılar var. Təl-Əviv bu iki müxalif qrupu tək cəbhədə birləşdirmək və mövcud rejimə alternativ güclü bir qüvvə yaratmaq istəyir. Təl-Əvivin bu istiqamətdə İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu vəliəhd şahzadə Rza Pəhləvi ilə təmaslar qurması diqqət çəkir.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, İsrail Pəhləvinin “seçilmiş monarx” ideyasını dəstəkləyərək İrana qarşı ən ciddi zərbəni vurmağı planlaşdırır:

“İsrail İrandan fərqli olaraq həm də çoxşaxəli və detallı mübarizəyə üstünlük verir. Təl-Əviv anlayır ki, Rza Pəhləvi üzərindən xaricdəki müxalif qrupları bir araya gətirib Tehrana qarşı ciddi təzyiq imkanı əldə etsə də, İran daxilində heç də hər kəs pəhləviləri sevmir. Reallıq ondan ibarətdir ki, İrandakı müxalif türk siyasi elitası mövcud hakimiyyət qədər pəhləvilərə də nifrət edir.

İsrail həm Güney Azərbaycan, həm də Xorasan türklərinə təsir edəcək alternativ vasitələrə əl atır. Bu mənada İsrail dövlətinin xarici işlər naziri Eli Kohenin Azərbaycan və Türkmənistana səfərləri diqqət çəkir. Təl-Əviv Güney Azərbaycan türklərinin Azərbaycana və Azərbaycan Prezidentinə rəğbətini yaxşı bilir. Bu mənada Bakı-Təl-Əviv yaxınlaşması həm də bu kontekstdə diqqət çəkir. Düzdür, Azərbaycan ehtimal İsrail-İran toqquşmasında tərəfsiz qalıb, ərazisindən istifadəyə icazə verməsə də, Güney Azərbaycan məsələsində dəstək verə bilər”.