İsrail həbsxanalarında ölənlərin sayı artıb

İsrail həbsxanalarında ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minlərlə Fələstinlinin müntəzəm olaraq sui-istifadəyə məruz qaldığı İsrail həbsxanaları ilə bağlı ciddi ittihamlar var.

Tribuna.az “Al Jazeera” mənbələrinə istinadən xəbər verir. İsrail İnsan Haqları Təşkilatının dərc etdiyi hesabata görə Qəzza müharibəsində İsrailin həbsxanalarında həyatını itirən fələstinlilərin sayı kəskin artıb. Belə ki, 2023-cü ilin oktyabr ayından bəri ən azı 94 fələstinlinin ölümü sənədləşdirilib.
Hesabatda görə, İsrail hakimiyyəti bu ölümlərdən məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməkdə hər zaman uğursuz olub. Təşkilat həbsxanalardakı ağır şərait, eləcə də məcburi itkin düşmə, sistematik qətl və ört-basdır etmə siyasətləri səbəbindən İsrail nəzarətindəki fələstinlilərin ölümləri ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılmasına çağırış edib.

Sahilə Arifqızı