İSRAİL DƏMƏŞQƏ RAKET ZƏRBƏSİ ENDİRDİ

İSRAİL DƏMƏŞQƏ RAKET ZƏRBƏSİ ENDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya, İsrailin paytaxt Dəməşqə raket hücumu təşkil etdiyini, hücumda 2 əsgərin yaralandığını və maddi ziyanın olduğunu açıqlayıb.

Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Dəməşq administrasiyasına bağlı hərbi mənbə, İsrailin paytaxt Dəməşq yaxınlığındakı nöqtələrə raket hücumu təşkil etdiyini və hücumda iki əsgərin yaralandığını bildirib.

Mövzu ilə bağlı İsrail rəsmiləri hələ açıqlama verməsə də, Suriya martın 22-də oxşar bəyanatla çıxış edərək, İsrailin Hələb hava limanı yaxınlığında hava hücumu təşkil etdiyini bildirmişdi.