AFB bankın keçmiş əməkdaşı bankı məhkəməyə verib.
Tribuna.az xəbər verir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilovanın sədrliyi ilə işə baxılıb. Bankın keçmiş əməkdaşı Natavan Əliyeva cavabdeh tərəf olan “AFB BANK” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia irəli sürüb.
İddiaçı haqsız yerə işdən çıxarılmasını əsas gətirərək işə bərpa edilməsini və əmək haqqı tələbi irəli sürüb.
Nəticədə ərizəyə baxılmamış saxlanılıb. İddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində qaydaya əməl etməyib.
İddia ilə bağlı 4 dəfə məhkəmə iclası keçirilib. Növbəti proses dekabr ayının 8-nə təyin edilirb.
Nigar









