Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatında Azərbaycan idmançıları da iştirak edir.
Tribuna.az-ın məlumatına görə, turnirin açılış mərasimi zamanı ermənilər idman prinsiplərini tamamilə unudaraq barbarlığı ilə diqqət çəkiblər.
Bu barbarlıq isə Azərbaycan bayrağının yandırılması ilə nəticələnib.
Onu da əlavə edək ki, bu, ermənilərin ilk belə vəhşiliyi deyil. Belə ki, bir müddət əvvəl İrəvanda keçirilən Ermənistan – Türkiyə matçında da qonaq komandanın himni fitə basılmışdı.









