İRAQDA SİLAHLI HÜCUM ZAMANI 11 MÜLKİ ŞƏXS ÖLÜB

İRAQDA SİLAHLI HÜCUM ZAMANI 11 MÜLKİ ŞƏXS ÖLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diyala əyalətinin şimal-şərqində silahlı şəxslərin hücumu zamanı azı 11 mülki şəxsin öldüyü və yaralandığı bildirilib.

Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, Diyala əyalətinin şimal-şərqindəki Əl-Miqdadiyah rayonunun kəndlərindən birinə silahlı şəxslərin hücumu nəticəsində azı 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

İraqlı mənbələr ötən gecə silahlı şəxslərin yaşayış məntəqələrini atəşə tutduğunu və bu ərazilərdə qumbara partlatdığını, nəticədə 11 nəfərin öldüyünü və yaralandığını vurğulayıb.

Hələlik heç bir şəxs və ya qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Diyalə və Ənbar əyalətlərinin müxtəlif bölgələrində təhlükəsizlik vəziyyəti bir neçə gündür gərginlik və qeyri-sabitliyə şahidlik edir və bu bölgələrdə müxtəlif silahlı hücumlar zamanı çoxlu sayda İraq vətəndaşı həlak olub.