Beynəlxalq əlaqələr üzrə iranlı siyasi şərhçi Əli Biqdeli “rouydad24” saytına müsahibə verib.
Tribuna.az-ın xəbərinə görə, ekspert açıqlamasında bildirib ki, İranla Azərbaycan arasında iki məsələdə – “İsrail hərbi bazaları” və “Naxçıvan dəhlizi” ilə bağlı fikir ayrılığı o qədər kəskinləşib ki, bəzi müşahidəçilər hərbi münaqişənin baş verəcəyindən söz açır.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında mübahisə Bakının Naxçıvandan ölkənin əsas hissəsinə “dəhliz” yaratmaq və İran-Ermənistan coğrafi sərhədlərini bağlamaq istəyi ilə bağlıdır.
“Əslində Əliyevin istəyini yerinə yetirmək və Azərbaycan Respublikası üçün Naxçıvan dəhlizinin açılması İranın Ermənistanla sərhədini itirməsi deməkdir.
Təbiidir ki, İranın sərhədlərində istənilən dəyişikliyə ölkə rəsmiləri qarşı çıxacaq”, -deyə ekpert əlavə edib.
Beynəlxalq münasibətlər üzrə ekspert Əli Beqdəli, “İran və Azərbaycan arasında fikir ayrılıqları 1990-cı ildə başlayıb və bu çətin mühitin müxtəlif səbəbləri olduğunu izah edib. Əsas səbəb bu ölkədəki 60 faizlik şiə əhalisini nəzərə alan İranın Azərbaycanda “müqavimət mərkəzləri” yaratmağa çalışması idi ki, bu da əslində iki ölkə arasındakı fərqin başlanğıcıdır.
Əvvəllər Azərbaycanın yük maşınları Ermənistan, Gürcüstan və Avropaya getmək üçün İranı bir marşrut kimi görürdülər”.
Qarabağın ələ keçirildiyini vurğulayan ekspert bildirib: “lakin, indi Azərbaycanın artıq İran torpağına ehtiyacı olmadığı müzakirə edildikdən sonra İran da buna reaksiya verdi”.
O, deyir: “İran və Azərbaycanı qarşıdurma mühitinə gətirən başqa bir məsələ Azərbaycan və İsrailin birləşməsidir. Əslində, bu ölkənin torpağı israillilər üçün bazadır ki, onlar vasitəsilə İranın təhlükəsizliyinə problem yarada bilərlər”.
Sonda ekspert vurğulayıb ki, “Siyasi elmlərə görə, sərhədlərində özünü etibarsız hiss edən ölkələr hərbi tədbirləri gündəmə gətirə bilsələr də, İran və Azərbaycan arasında hərbi münaqişə ehtimalı “sıfırdır”. Hər iki ölkənin Rusiya ilə yaxın münasibətdə olması da önəmli ola bilər. Amma təəssüflər olsun ki, ruslar naməlum səbəblərdən bu günə qədər susdular və İran-Azərbaycan probleminə qarışmadılar. Həmçinin Azərbaycanın Türkiyə ilə çoxlu mübadilələri var və türklər bu yaxınlarda İsraillə səfir mübadiləsi aparıblar və beləliklə, regionun yeni mühiti qarşıladığı qənaətinə gəlmək olar. Yeganə müsbət məqam odur ki, İran və Azərbaycan mütləq hərbi müharibəyə girməyəcək. Təbii ki, politologiya “anları” ciddi qəbul edir. Amma indiki vəziyyət İranla Azərbaycan arasında münaqişəyə son qoymaq üçün çoxlu səylər göstərir”.









