Davamlı olaraq Azərbaycan və Türkiyəyə qarşı kin püskürən ermənipərəst ekspert Ehsan Movəhhediyan özünün tviter hesabında qərəzli post paylaşıb.
Tribuna.az-ın xəbərinə görə, ekspert paylaşımında bildirib: “Ərdoğanın xarici işlər naziri birdən-birə Bakının Naxçıvana və Fars körfəzinin Avropaya İran üzərindən birləşməsinin tərəfdarına çevrilib!”
Onun sözlərinə görə, bu, İranın Ərdoğana dəstəyini cəlb etmək üçün seçki hiyləsidir və Ərdoğan Qafqazda və İraqda bizdən (İran) yan keçirsə, artıq buna aldanmayacağıq. İranın dəmir yolu xətti tamamlansa, dəhlizlər üçün kifayət qədər cəlbedici olacaq və o zaman Türkiyənin heç bir əhəmiyyəti qalmayacaq.
وزیر خارجه اردوغان ناگهان حامی اتصال باکو به نخجوان و خلیج فارس به اروپا از ایران شده! این یه حقه انتخاباتی برای جلب حمایت ایران از اردوغانه و وقتی اردوغان دورزدن ما در قفقاز و عراق رو عملیاتی کرده، گول نمیخوریم! ایران اگه ریلش تکمیل شه جذابیت کریدوری کافی داره و ترکیه عددی نیست! pic.twitter.com/D1skJYwCxe
— Ehsan Movahedian (@ultra_ehsan) April 14, 2023









