İRANLI EKSPERT AZƏRBAYCANI YENƏ TƏHDİD ETDİ – “GECİKMƏK OLMAZ”

İRANLI EKSPERT AZƏRBAYCANI YENƏ TƏHDİD ETDİ – “GECİKMƏK OLMAZ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ehsan Movəhhediyan adlı ermənipərəst politoloq özünün Tvitter hesabında yazıb:

“İranın Üfüq kanalına müsahibəm: Bakı hər dəfə İrana qarşı cürət edərkən bizim sadəcə onu sakitləşdirməliyik yanaşması yanlışdır”.

Tribuna.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, ekspert Azərbaycanla bağlı bu fikirləri irəlu sürüb: “Bizim Bakı ilə münasibətlərimizi qurmaq metodumuz dəyişməlidir”.

“Əgər Bakı bizimlə əlaqələrində “çubuq və yerkökü” (şirnikləndirmə və tənbeh) siyasəti yürüdə biləcəyini düşünürsə, şubhəsiz ki, bizim daha çox belə rıçaqlarımız var. Gecikmək olmaz!”, – deyə əlavə edib.