Siyasi şərhçi Məhəmməd Əsədullazadə İranın maraqlarına qulluq edən “İnter.az” televiziyasının yayımının dayandırılmasını təklif edib.
Tribuna.az xəbər verir ki, ekspert bu kanalın açıq-aşkar təbliğatla məşğul olduğunu bildirib:
” “İnter.az” televiziyasının ölkə ərazisində və sputniklə yayımı niyə dayandırlmır? Bu televiziya kanalı birbaşa İranın siyasi maraqlarına xidmət edir və Qasım Süleymaninin təbliğtını aparır.
Bu yolverilməzdir və Azərbaycan dərhal bu televiziyanın yayımını dayandırmalıdır.
İran Azərbaycana qarşı düşmən siyasət həyata keçirir. Ölkəmizi işğalla hədələyir. Belə bir ölkənin generalını və rejim rəhbərliyini təbliğ etmək dövlətimizə qarşı xəyanətdir”.










