İranın atdığı raket Küveyt ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən zaman raketin qalıqları yaşayış evinin üzərinə düşüb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 11 yaşlı qız uşağı həyatını itirib. Eyni ailənin daha 4 üzvü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, raket havada məhv edilsə də, onun bir hissəsi yaşayış məntəqəsinə düşərək faciəyə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə raket parçasının birbaşa evin yataq otağına düşdüyü görünür.
Gülşən Rəsul









