İranın Əfqanıstanda və İtaliyadakı keçmiş səfiri və qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Əbülfəzl Zöhrevənd “90eghtesadi” saytına müsahibəsində Azərbaycan Prezidenti haqqında böhran xarakterli fikirlər irəli sürüb.
Tribuna.az-ın məlumatına görə, keçmiş diplomat bildirib ki, “Bu gün İranın Bakıdakı səfirliyi passiv şəkildə Tehranın qərarını gözləmək əvəzinə, Əliyevin “düşmənçilik hərəkətlərinə“ qarşı hansı tədbirlərin zəruri olduğunu deməlidir”.
“Mən bir ildən artıqdır ki, Qafqaz böhranı ilə bağlı xəbərdarlıq edirəm, amma heç kim qulaq asmır”,-deyə o, əlavə edib.
“Biz indiyədək Ermənistanla strateji iqtisadi və siyasi müttəfiqlik yaratmalıydıq, amma buna məhəl qoymamışıq!”, -deyə diplomat əlavə edib.









