İRANIN HƏBS ETDİYİ İRLANDİYALI AĞIR DURUMDA…

İRANIN HƏBS ETDİYİ İRLANDİYALI AĞIR DURUMDA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda həbs edilən və aclıq aksiyasına başlayan İrlandiya-Fransa ikili vətəndaşlığı olan Bernard Fiyonun sağlıq durumu təhlükəli həddə ağırlaşıb.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı məhbusun ailəsi yayıb. Yanvarın əvvəlindən aclıq aksiyası keçirən Bernard Fiyon xəstə olmasına baxmayaraq, hətta dərman qəbul etməyi də dayandırıb.
Oktyabrın 3-dən saxlanılan 64 yaşlı Fiyonun 15 nəfərlə birgə saxlanıldığı kamerada ağır vəziyyətdə olduğu deyilir. O “İran hökumətinə qarşı təbliğat” və “İran silahlı qüvvələrinin fotolarını çəkmək”də ittiham olunur.