İRANI SSRİ-NİN AQİBƏTİ GÖZLƏYİR… MOLLA REJİMİ DAĞILIR

İRANI SSRİ-NİN AQİBƏTİ GÖZLƏYİR… MOLLA REJİMİ DAĞILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda bu gün baş verənlər SSRİ-nin son dövrünü, hardasa 1986-87-ci illəri xatırladır. Əslində İran və SSRİ sistem, ideologiya, metadologiya olaraq bir-birinə çox yaxın ölkələrdir.

Tribuna.az xəbər verir ki, bu barədə danışan Real partiyasının üzvü Natiq Cəfərlinin sözlərinə görə, SSRİ də millət, kimlik anlayışını unutdurub hamıdan “sovet adamı” düzəltmək, davranış qaydalarını, hətta geyim-keçimlərini, düşüncə tərzini dizayn-nəzarət etmək istəyirdi:

“Sovet vaxtı “stilyaqaları” geyimlərinə görə təqib edirdilər, imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan “sol” ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışırdı. Eyni ilə İran da müqəddəs Dinimizi, inancı öz dövlət ideologiyasına xidmət etmək, Fars imperiyasının inersiyasını qorumaq üçün istismar edərək insanların davranış qaydalarına, geyim tərzinə, düşüncəsinə nəzarət etməyə başladılar. İran rejimi də millət, etnik kimlik anlayışlarını “ümmətlə” əvəz edərək yeni insan tipi yaratmağa çalışırdı.

 


SSRi-də 1985-86-cı illərdə “qlasnost”, “perestroyka” kimi anlayışlar yaranan kimi sistem çat verməyə başladı, sonra isə bütün qanlı əməllərlə İmperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Alma-ata, Tiflis, Vilnyus, Bakı) sistem çokdü”.
N.Cəfərli bildirib ki, bu gün İranda əgər sitemə qarşı etirazlar rejimi geri addım atmağa (“Əxlaq polisinin” ləğvi xəbərləri, İran konstitusiyasına dəyişikliklərin təklifi) məcbur edirsə, bu da sonun başlanğıcı, sistemin çat verərək zəifləməsi deməkdir:

“Yəni, SSRİ analogiyasına görə 1986-87-ci illərdir, 1990-91-ci illərə çox az qalıb…”.

Nigar