İRANI BMT-NİN BU KOMİSSİYASINDAN QOVDULAR – TEHRANA NÖVBƏTİ ZƏRBƏ

İRANI BMT-NİN BU KOMİSSİYASINDAN QOVDULAR – TEHRANA NÖVBƏTİ ZƏRBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin iqtisadi və sosial məsələlər üzrə şurası İranın qadınların vəziyyəti ilə bağlı komissiyadan xaric edilməsini dəstəkləyib.

Tribuna.az Qərb mediasına istinadla xəbər verir ki, 29 ölkə qərarın lehinə, 8 ölkə – Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya əleyhinə səs verib, 16 ölkə isə bitərəf qalıb.

ABŞ-ın təşəbbüsü ilə keçirilən səsverməni sərt tənqid edən İran onu qeyri-qanuni adlandırıb.

BMT Tehranı qadın hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu pozmaqda və hökumət əleyhinə nümayişləri qəddarlıqla dağıtmaqda ittiham edir.

Xatırladaq ki, sentyabrın 13-də geyim qaydasını pozduğuna görə polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda kütləvi nümayişlər başlayıb. Bəzi QHT-lərin məlumatına görə, etiraz aksiyalarının dağıdılması zamanı 400-dən çox insan ölüb, 2 minə yaxın insan həbs edilib. Həmçinin aksiyalarda iştirak edən 11 nəfər edam cəzasına məhkum olunub.

Tribuna.az