İrandan ölkəmizə idxal olunan bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.
Tribuna.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
İran İslam Respublikasından hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 min 452 kiloqram və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 min 472 kiloqram bibər məhsulundan götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm pomidor meyvələrinin qonur qırışıqlıq virusu aşkarlanıb.
Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.
Nigar
Tribuna.az









