“Tehran Times” nəşri yazır: “Bakı Ukraynadan dərs çıxarmalıdır.
Tribuna.az nəşrə istinadən xəbər verir ki, məqalədə “İran və Azərbaycan Respublikası arasında gərginlik Bakının “emosional və qeyri-konstruktiv” addımları nəticəsində gündəlik hadisəyə çevrilib”, – deyə qeyd olunur.
“Azərbaycan İranı səfirliyinin dörd əməkdaşını persona non qrata elan edərək, iki tərəf arasında gərginliyi daha da artırıb”.
İranın cavabı nisbətən təmkinli və ölçülüb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Azərbaycanın son hərəkətlərini “sərt, emosional və qeyri-konstruktiv” adlandırıb.
Kanaani deyib: “Biz hesab edirik ki, Azərbaycan Respublikası hökumətinin belə davranışı qonşuluq prinsiplərinə ziddir”.
Məqalədə qeyd olunur ki, “ABŞ Azərbaycan Respublikası üçün oxşar plan hazırlayır, yəni ABŞ Azərbaycanı İranla gərginliyi artırmağa sövq edir. Nəşrin məlumatına görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sulivan və dövlət katibi Toni Blinken Bakıya hərbi yardımın artırılması üçün ABŞ Senatında gizli lobbiçilik edirlər. Nour News bildirir ki, bu səylər Azərbaycanı hərtərəfli böhrana sürükləmək məqsədi daşıyır. ABŞ-ın Azərbaycanı İranla böhrana sövq etməsi ilə müşahidəçilər hesab edirlər ki, Azərbaycanın Cənubi Qafqaz regionunda gərginliyi artıra biləcək addımlar atmaqda ehtiyatlı olması mütləqdir”.










