İran Azərbaycandakı səfirini məsləhətləşmək üçün Tehrana çağırıb. Bu, İranın Azərbaycanla nə münasibətlərində ciddi böhranın olduğunu göstərir. Bu böhran birbaşa Tehran tərəfindən qaynaqlanır.
Tribuna.az xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanın İsraildə səfirlik açması və Avrasiya regionunda İsrail diplomatlarının Bakıda konfrans keçirilməsi qərarından sonra Tehran səfərini geri çağırdı:
“Bunu səssiz etsə də birbaşa ölkəmizə qarşı yeni planlar hazırlanır.
Cavab olaraq Azərbaycan da öz səfirini məsləhətləşmək üçün Tehrandan geri çağırmalıdır. İranın Azərbaycandakı səfəri Abbas Musəvi Tehranda erməni kilsəsinin təşkil etdiyi tədbirə qatılıb və birgə tort kəsiblər. Bu,Tehranın Azərbaycana qarşı düşmənlə bir mesajıdır. Səfir Tehranın təlimatı olmasaydı, belə bir tədbirə qatıla bilməzdi.
Rəsmi Bakı Abbas Musəvini səfir olaraq qəbul etməməlidir”.
Ekspert bildirib ki, İran bütün diplomatik nəzakət qaydalarını kobud şəkildə pozur:
“İran Azərbaycan əlaqələrinin normallaşmasına gəldikdə, bu yaxın perspektivdə mümkün olmayacaq. Güney Azərbaycan məsələsi İran və Azərbaycan arasında başlıca problemə çevrilib”.










