İranın əksər böyük şəhərlərində işçilər çalışdıqları iş yerlərini bağlayaraq etirazlara başlayıblar. İslam Respublikasının etirazçılara qarşı repressiyalarına cavab olaraq işçilər 3 günlük tətil elan edib.
Tribuna.az xəbər verir ki, Tehran, Kirman, İslamşəhr, İsfahan, Sənəndəc, Urmiya, Ərak kimi şəhərlərdə mağazalar, bazarlar, istehsal müəssisələri və əhəmiyyətli iqtisadi mərkəzlərdə işlər dayandırılıb. Bütün çalışanlar tətilə başlayıb və etirazlara qoşulub.
Dünəndən başlayan bu etirazlara bu gün iri sənaye və neft-kimiya təsisatlarının işçiləri də qoşulub.
Nigar









