İranda etiraz aksiyalarının daha da intensivləşməsi gözlənilir. Bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməlidir. Rejimə qarşı hərbi variant da masadadır.
Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, İsraildə Netanyahu baş nazir postuna yenidən qayıtdı və o, İrana qarşı hərbi koalisiya formalaşdıracaq:
“Cənubi Azərbaycanda soydaşlarımızla bağlı proses gündəm olmamalı və bu istiqamətdə strateji siyasət aparmalıyıq. Təbrizdə, Ərdəbildə, Xoyda, Urmiyada soydaşlarımızın hüquqları uğrunda mübarizəni dəstəkləməli və yetərincə yanında olmalıyıq. İranda rejim dəyişərsə, növbəti mərhələdə Cənubi Azərbaycanın yenidən fars millətçilərinin əsarətində yaşamasına imkan verməməliyik”.
Nigar
Tribuna.az









