İRAN YƏHUDİLƏRİ İSRAİLƏ QARŞI MİTİNQ KEÇİRMƏYƏ MƏCBUR EDİR

İRAN YƏHUDİLƏRİ İSRAİLƏ QARŞI MİTİNQ KEÇİRMƏYƏ MƏCBUR EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti bu ölkədə qalan az sayda yəhudini İsrail dövlətinə qarşı keçirilən nümayişlərə qoşulmağa məcbur edir.

Tribuna.az “Yerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Tehran rejimi yəhudi icmasından ənənəvi Pasxa və ya Fətir bayramları mərasimlərini ləğv edərək, İsrailin məhv olmasına səsləyən və hər il orucluq ayının sonuncu cümə günü keçirilən “Qüds günü” yürüşlərində iştirak etməyi tələb edir.

İran yəhudilərinin Qüds günü nümayişində iştirak etmək üçün görüş yeri Tehranın ən məşhur sinaqoqlarından biri olan, Tehranın Fələstin küçəsindəki Abrişami sinaqoqunda dua edirlər.

Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun İran üzrə eksperti Beni Sabti bazar günü “The Jerusalem Post” qəzetinə deyib ki, “səssiz təzyiq var və hamı bu rejimdə öz rolunu bilir və əgər nümayiş etdirsəniz, rejim sizə zərər verməyəcək”.

“İranda yəhudi icmasına səssiz təzyiqlər edilir və İran yəhudiləri hökumətin təşkil etdiyi Qüds günü nümayişlərində iştirak etməsələr, daha çox əziyyət çəkəcəklərini bilirlər”,- məqalədə bildirilib.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin çoxu ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı basqılarla və ayrı-seçkiliklə üzləşirlər.

Tribuna.az