İranın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ-ın İslam Respublikasına qarşı istənilən hərbi əməliyyatının müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib.
Tribuna.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
“İran baxımından istənilən səviyyədə hərbi variant seçmək ABŞ-ın müharibəyə girməsi deməkdir. Hazırda İran belə bir ehtimalı zəif hesab edir”, – deyə İranın diplomatik nümayəndəliyindən bildiriblər.
Pentaqondakı mənbələrdən biri nəşrə bildirib ki, ABŞ İrana heç bir zərbə endirməyib və orada əməliyyatlar keçirmir.
Bundan əvvəl İsrail hakimiyyəti İrana qarşı hücumların öz məqsədlərinə çatdığını bildirmişdi.
The Wall Street Journal-ın məlumatına görə, İrana qarşı bazar günü hücumu İsrailin xarici kəşfiyyat xidməti Mossad həyata keçirib. Yanvarın 29-na keçən gecə İranda güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib.









