İranda vəziyyət gərginləsdikcə elita daxilində də narazılıq artır. Tehranda hər kəs hazırda rejimi qorumağa hazır olduğunu desə də, əslində hər kəs yaxınlaşan böyük fırtınaya hazırlaşır.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi İlkin Həsənov deyib. O bildirib ki, indi İranda hər kəs gözləmə mövqeyi tutub, yaranacaq situasiyada hansı yöndə hərəkət edəcəyini müəyyənləşdirməyə çalışır:
“Bu isə bölünməni hər yerdə xüsusilə SEPAH-da gücləndirəcək. Hər bölünmə isə vətəndaş müharibəsi riskini bir qədər də artıracaq. Hazırda mühafizəkarlar da, islahatçılar da rejimin saxlanması üçün bir yerdədir. Amma bu birlik müvəqqətidir və Xameneinin səhhəti ilə bağlı informasiyalar artdıqca qopmaları sürətlənəcək”.
Nigar









