İran və Çin prezident RƏisinin Pekinə səfəri zamanı iyirmi əməkdaşlıq sənədi və anlaşma memorandumu imzalayıb.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, İran və Çin rəsmiləri böhranların idarə olunması, turizm, rabitə və informasiya texnologiyaları, ətraf mühit, beynəlxalq ticarət, əqli mülkiyyət, kənd təsərrüfatı, ixrac, səhiyyə, media, idman və mədəni irs daxil olmaqla müxtəlif sahələrdə 20 əməkdaşlıq sənədi və memorandum imzalayıblar.
Çinin Ümumçin Xalq Nümayəndələri Konqresində Çin prezidenti Si Cinpin iranlı həmkarı İbrahim Rəisini rəsmi şəkildə qarşılayıb.
Salamlama mərasimində İran prezidenti Ümumçin Xalq Nümayəndələri Konqresinin binasına daxil olarkən 21 top gülləsi atılıb və qarşılama marşı keçirilib.
İran və Çin prezidentlərinin xatirə şəkli çəkdirildikdən sonra iki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin üzvləri təqdim olunub.
Mərasim zamanı hər iki ölkənin dövlət himnləri də səsləndirilib. İki prezidentin qarşısında da fəxri parad keçirilib.
Rəsmi qarşılanma mərasimindən sonra İran və Çin yüksək səviyyəli nümayəndə heyətləri arasında ikitərəfli danışıqlar aparılıb.
Bazar ertəsi axşam Çinə yola düşməzdən əvvəl İbrahim Rəisi bildirib ki, Çinə səfəri zamanı Tehran və Pekin arasında 20 müxtəlif Anlaşma Memorandumu imzalanacaq.
Tribuna.az









