Yerevanda yeraltı təkanların gücü 2 bal, Ararat bölgəsində isə 3 bal olub.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, İran-Türkiyə sərhədində 4,3 bal gücündə zəlzələ baş verib, yeraltı təkanlar Ermənistanda da hiss olunub.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ aprelin 11-də yerli vaxtla saat 14:31-də İran-Türkiyə sərhədindəki Maku şəhərindən 7 km aralıda qeydə alınıb.
Mənbə 10 km dərinlikdə yerləşib, yeraltı təkanların gücü episentrdə 5-6 bal təşkil edib.









