İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fars körfəzində yerləşən Lavan və Suri adalarına edilən hücumları kəskin şəkildə pisləyib.
Tribuna.az xəbər verir ki, bu barədə dövlət başçısının açıqlamasında bildirilir ki, çərşənbə günü səhər saatlarında baş verən bu hücumlar atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır.
Prezident qeyd edib ki, İran dəfələrlə baş verən bu cür pozuntuları qətiyyətlə qınayır və ölkə istənilən hücuma qarşı sərt cavab verməyə hazırdır.
İmran Kərimli









