İran parlamenti İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən bəyanat qəbul edib.
Tribuninfo.az Mehr News-a istinadən xəbər verir ki, iranlı deputatların Azərbaycana qarşı qərəzli bəyanatında deyilir: “Azərbaycan hökuməti küfr və İslam dünyasının maraqlarına zidd addım ataraq sionist rejimin mərkəzində səfirlik açıb. Bununla bağlı olaraq biz, İslam Şurası Məclisinin üzvləri aşağıdakı məqamları elan edirik:
– Azərbaycanın dövlət rəsmilərinin bu hərəkətinin onlara qarşı çoxlu mənfi siyasi nəticələri olacaq. Daha sonra dünya müsəlmanları onları məzlum fələstinlilərə qarşı qətl və cinayətdə sionist rejimin şəriki hesab edəcəklər.
– Bu addım İslam dünyasının məzlum ölkəsinə qarşı addım sayılır, əziz Fələstinə və onun ayrılmaz hüquqlarının tapdalanmasına səbəb olur. Ona görə də, Ərəb və müsəlman dövlətlərindən və İslam dünyasından, xüsusilə İslam Əməkdaşlıq Təşkilatından xahiş edirik, buna mane olsunlar.
– İran Xarici İşlər Nazirliyi bütün müsəlman ölkələrinə bəyanat göndərməli və lazımi diplomatik tədbirlər görməlidir.”









