İranın SNN.ir İnformasiya Agentliyinin “Telegram” kanalında hava proqnozunda digər ölkələrdin rəsmi adları qeyd edilsə də, Azərbaycanın adı qərəzli şəkildə Bakı yazılıb.
Tribuna.az xəbər verir ki, Həmin kanal habelə, dünən Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi pozması ilə bağlı yaydığı xəbərdə Ermənistanı öz adı ilə, Azərbaycanın adını isə “Bakı” yazıb:
“İki ölkənin sərhədində “Bakı” və Ermənistan ordusu arasında toqquşma davam edir”, -deyə qeyd olunub.









