Avrasiya məsələləri üzrə iranlı ekspert Məhdi Xursənd “Rahbord-e Moaser” saytına müsahibəsində deyib: “Son bir neçə həftə ərzində İranla onun şimal-qərb qonşusu arasında münasibətlər gərginləşib. İş o həddə çatıb ki, bəzi mənbələr İranla Azərbaycan arasında birbaşa qarşıdurma ehtimalından söz açır”.
Tribuna.az xəbər verir ki, Ekspert habelə əsassız iddialar ortaya atıb.
“Baxmayaraq ki, Tehran Qarabağın Azərbaycana aid olduğunu hər zaman vurğulayıb və hətta İranın dini lideri Qarabağı İslam dünyasının ərazisi hesab edib, lakin Bakının son günlər bütün ziddiyyətli və düşmən davranışı ona görədir ki, o, beynəlxalq və qiymətli Şimal-Cənub dəhlizində Rusiya ilə İran arasında əlaqənin onun inhisarından çıxması təhlükəsini hiss edir”.
Onun sözlərinə görə, “Azərbaycan rəsmilərinin anti-İran çılğınlığının əsas kökünü Cənubi Qafqazda son illərin geoiqtisadi prosesləri təşkil edir. Bu fikri şərh edərkən qeyd etməliyik ki, ümumi təsəvvürlərin əksinə olaraq Azərbaycan 2020-ci ildə Qarabağın azad edilməsi üçün heç bir addım atmadı. Əksinə, bu ölkənin qüvvələrinin bütün irəliləməsi işğal olunmuş Qarabağın cənub hissəsinə və Ermənistanın Sünik vilayətinə doğru idi.
Bununla bağlı bir çox analitiklər “NATO-nun Turan dəhlizi” məsələsini gündəmə gətiriblər…”









