İran mediası yazır ki, son aylar ərzində Azərbaycan qonşuları, o cümlədən İranla problemləri həll etmək üçün diplomatik prosedurdan tədricən uzaqlaşıb.
Tribuna.az xəbər verir ki, İranın Mehrnews xəbər saytında dərc olan məqalədə bildirilib: “Ölkələr arasında fikir ayrılıqları yarandıqda vəziyyəti normallaşdırmaq üçün ilk növbədə səfirliklər işə düşür, lakin Azərbaycan Respublikası Tehrandakı səfirliyinin fəaliyyətini dayandıraraq diplomatik prosesi əngəlləyib, media vasitəsilə mesajların ötürülməsini konstruktiv danışıqlarla əvəzləyib”.
“Tehran hesab edir ki, belə bir hərəkət Ermənistanın ərazi bütövlüyünün pozulması və bu ölkənin ərazilərinin işğalı ilə müşayiət olunarsa, İran və Ermənistanın quru sərhədlərinin qopmasına səbəb olacaq və regionun geosiyasətini dəyişəcək”, – deyə məqalədə qeyd olunub.
Eyni zamanda, məqalədə qeyd olunur ki, Azərbaycan Respublikası Tehran və Bakı arasında münasibətlərin pozulmasında İsrailin rolu var. ” İsrail müsəlman ölkələrinin dostu deyil və bu ölkələrdən öz məqsədlərinə çatmaq, xüsusilə Fələstinin işğalını davam etdirmək üçün bir vasitə kimi istifadə edir”.









