Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı jurnalist Reza Abbasi özünün Tvitter hesabında Azərbaycan dilində yazılmış “Çox yaxın bir gündə gələcəyik” başlıqlı qondarma “Talışıstan” respublikasının xəritəsi çəkilmiş video paylaşıb.
Tribuna.az xəbər verir ki, təxribat xarakterli videoda, İran rəhbəri Xameneyidən Azərbaycan ərazisinə hərbi təcavüz edərək qondarma “Talışıstanın” azad edilərək İrana birləşdirilməsi istənilir.
Çox yaxın bir gündə gələcəyik… pic.twitter.com/tF7mqlbFku
— رضا عباسی | Reza Abbasi (@RezaAbbasi23) April 11, 2023









