“Biz Hörmüz boğazını bağlamaq fikrində deyilik və belə niyyətimiz də yoxdur. Lakin Hörmüz boğazı İran gəmilərinin keçidi üçün qapadılarsa, o zaman heç bir gəminin Fars körfəzindən keçməsinə icazə verməyəcəyik”. Tribuna.az xəbər verir ki, bunu SEPAH-ın Dəniz Donanması komandanı, admiral Əlirza Təngsiri deyib.
Təngsiri bildirib ki, indiyə qədər körfəzdə baş verənlər fonunda İranın 530 gəmisi vurulub. “Biz də qarşılıq olaraq 130 gəmini vurmuşuq. ABŞ müharibəyə daxil olduqdan sonra isə onların iki gəmisini və bir helikopterini sıradan çıxardıq”.
İranlı admiral iddia edib ki, hazırda İran donanmasına daxil olan gəmilərin sürəti Amerikan gəmilərinkindən üç dəfə sürətlidir və 90 dəniz milinə qədər sürət ala bilir. “Düşmənin ağlına gəlməyəcək raketlərimiz var. Hərbi təlimlərdə istifadə etdiyimiz silahlar həqiqi əməliyyatlarda istifadə edəcəyimiz raketlər deyillər. Silahlarımızı sərgiləməyirik”.
Tribuna.az









